"Ryanair" milyonlarla dollar itirə bilər - DETALLAR
Yüzlərlə pilot məzuniyyət haqqının ödənilməməsinə görə İrlandiyanın aşağıbüdcəli "Ryanair" aviaşirkətini məhkəməyə verib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
İddianın qaldırılmasının təşəbbüskarı "Ryanair"in keçmiş pilotu Riçard Fillips olub. O, 2012-ci ildə Britaniyanın "British Airways" aviaşirkətinə keçənə qədər dörd il ərzində burada çalışıb. Onun iddiasına 260-dan çox şəxs qoşulub. "Ryanair"dən başqa, "Storm Global" və "Brookfield Aviation International" işəgötürmə agentlikləri, həmçinin "Scanlon Associates" konsaltinq şirkəti də cavabdeh qismində çıxış edirlər.
Qeyd edək ki, "Ryanair" reyslərin, sərnişinlərin sayına və hava donanmasının həcminə görə Avropanın ən böyük aviaşirkətidir. Şirkətin baş qərargahı İrlandiyanın paytaxtı Dublində yerləşir.