Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi?

Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi?
18.06.2026 08:50 Dünya

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və ABŞ arasında münaqişəyə son qoyulmasını nəzərdə tutan memorandumun imzalandığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Bəqainin sözlərinə görə, sənəd elektron şəkildə imzalanıb və mətn artıq tam hazırdır.

O bildirib ki, memorandumun İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.

Diplomat qeyd edib ki, dövlət başçıları tərəfindən imzalanan sənədlərin pozulmasının siyasi baxımdan daha ağır nəticələri olur.

Ağ Ev də Donald Trampın Fransanın Versal şəhərində memorandum imzaladığını əks etdirən görüntülər yayıb. Kadrlarda ABŞ dövlət katibi Marko Rubionun sənədi Trampa təqdim etdiyi görünür.

Məlumata görə, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlar zamanı 3 mindən çox insan həlak olub. Münaqişə nəticəsində Hörmüz boğazında gəmi hərəkəti ciddi şəkildə məhdudlaşıb, bu isə bir sıra ölkələrdə yanacaq qiymətlərinin artmasına səbəb olub.

Hərbi əməliyyatların dayanmasından sonra tərəflər danışıqlara başlayıblar. İyunun 15-də isə İran və ABŞ münaqişənin başa çatması ilə bağlı memorandumun tamamlandığını təsdiqləyiblər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
18 JUNE 2026
Moskvada azərbaycanlıların işlədiyi bazara pua hücumu - GÖRÜNTÜLƏR 12:07 Brejnevin nəticəsi Ukraynada əsir düşdü 11:57 Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO 11:47 Sabah ölkə üzrə pensiyalar ödəniləcək 11:39 Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi 11:21 Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu 11:20 I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək 11:37 Prezident Beynəlxalq Sammitin iştirakçılarına müraciət ünvanladı 11:09 İki liderin görüşündə maraqlı hadisə - Bricit Makronun Trampla mübarizəsi - VİDEO 11:03 Qeydiyyatda olan işsizlərin sayı açıqlandı 10:46 Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNDİ 09:23 "Real" Entso Fernandeslə razılığa gəldi 10:36 Azərbaycan neftinin bu günə olan QİYMƏTİ açıqlandı 10:27 33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu 10:11 Prezident: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq 10:06 Prezident Bakıdan bəyan etdi: Biz o ölkələrə kömək etdik! 09:54 Prezident ölkənin qlobal uğurlarından danışdı 09:52 Prezidentdən dünyaya mesaj: Biz artıq sadəcə regional oyunçu deyilik! 09:34 İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır 09:26 Prezident: Azərbaycanın sabit, uğurlu inkişafı var 09:21 Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi 09:09 İlham Əliyev mühüm tədbirdə çıxış edir - CANLI 09:05 İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar 08:57 Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi? 08:50 Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO 08:44 All News