Malayziya 16 yaşdan kiçik uşaqların sosial media hesablarını açmasını qadağan edəcək

Malayziya 16 yaşdan kiçik uşaqların sosial media hesablarını açmasını qadağan edəcək
23.11.2025 22:18 Dünya

Malayziyanın kommunikasiya naziri Fəhmi Fadzil gələn ildən etibarən 16 yaşından kiçik uşaqların sosial media hesabları yaratmasının qadağan ediləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Malayziya mediasının məlumatına görə, nazir Fəhmi hökumətin uşaqların onlayn təhlükəsizliyini yeni yoxlama qaydaları ilə gücləndirmək səyləri çərçivəsində 2026-cı ildən etibarən 16 yaşından kiçik uşaqların sosial media hesablarının açılmasının qadağan ediləcəyini bildirib.

O, Avstraliyanın sosial media istifadəçiləri üçün yaş məhdudiyyətinin Malayziyanın praktikasına işıq sala biləcək dərsləri ehtiva etdiyini söyləyib.

Fəhmi 16 yaşından kiçik uşaqlara qoyulan qadağanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək “Onlayn Təhlükəsizlik Qanunu” çərçivəsində qorunma ilə uyğun olduğuna diqqət çəkərək valideynlərə çağırış edib.

O, bütün platformalardan istifadəçi hesabları yaradarkən yaşın yoxlanılmasının tələb olunacağını və bu yoxlamanın rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlar vasitəsilə həyata keçirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Avstraliyada yeni qanunvericiliyə əsasən, “Facebook”, “TikTok”, “Snapchat”, “Reddit”, “Instagram” və X daxil olmaqla qlobal sosial media platformaları dekabrın 10-dan etibarən qanuna əməl etməsələr, təxminən 33 milyon dollar cərimə ilə üzləşəcəklər.

NEWS FEED
31 JULY 2026
Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 All News