Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz"

Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz"
20.06.2026 00:30 Dünya

Fransa Prezidenti Emmanuel Makron Avropa Şurasının sədri Antonio Koştanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə əlaqələr qurmaq cəhdlərini tənqid edib.

TodayPress TV xəbər verir ki, Makron bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Koştanın təhlükəsizlik zəmanətləri kimi məsələlərdə üzv dövlətləri təmsil etmək səlahiyyəti yoxdur.

“Danışıqlar başlayanda avropalılar masada əyləşməlidirlər. Səlahiyyətləri çərçivəsində Antonio Koştanın da öz yeri olacaq. Lakin onunla yanaşı digər üzv dövlətlər də iştirak etməlidir. Təhlükəsizlik zəmanətləri kimi gələcək danışıqların əsas elementlərindən biri olacaq məsələlərdə o, digər ölkələri təmsil edə bilməz”, – deyə Makron bildirib.

Fransa liderinin fikrincə, Avropa İttifaqı prinsip etibarilə vasitəçi rolunu oynaya bilməz, çünki birlik Ukraynaya dəstək verir və Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Makron hesab edir ki, Avropa ölkələri ABŞ-ın təşəbbüsü ilə aparılan danışıqlara qoşulmalıdır.

O, həmçinin Vaşinqtonun mövqeyində dəyişiklik baş verdiyini qeyd edib və bildirib ki, ABŞ administrasiyası artıq “Aİ-nin tərəfində olduğunu, Ukraynanı dəstəklədiyini və ona yardımı artırmağa, həmçinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu” bəyan edir.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 All News