İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi

İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
25.06.2026 06:00 Dünya

Böyük Britaniyada meteoroloji müşahidələr tarixində iyun ayının ən isti günü qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Surrey qraflığında havanın temperaturu 35.7°C-yə yüksəlib. Bununla da 1976-cı ildə qeydə alınmış 35.6°C-lik əvvəlki milli rekord yenilənib.

İspaniyanın meteoroloji xidmətləri isə ölkədə 1950-ci ildən bəri iyun ayı üzrə ən yüksək orta temperaturun qeydə alındığını açıqlayıblar. Bildirilib ki, ölkə üzrə orta göstərici bir gün əvvəl 28.17°C təşkil edib. İyunun 22-də isə bu rəqəm 28.08°C olub. Əvvəlki rekord 2025-ci il iyunun 30-da qeydə alınmış 28.01°C idi.

Bununla yanaşı, İspaniyanın bəzi bölgələrində iyunun 23-də havanın temperaturu 40°C-ni ötüb. Xüsusilə ölkənin şimalındakı Kantabriya bölgəsində termometrlər 43.7°C-ni göstərib.

Mütəxəssislər Avropanın bir sıra ölkələrində müşahidə olunan anomal istilərin yaxın günlərdə də davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 All News