İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."

İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."
01.07.2026 14:07 Dünya

Dünya okeanının səth temperaturu 2023 və 2024-cü ilin eyni dövründə qeydə alınan göstəriciləri geridə qoyaraq yeni rekord müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropanın "Copernicus" İqlim Dəyişiklikləri Xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, iyunun 21-də qütb bölgələrindən kənarda dünya okeanının səth temperaturu ilin bu dövrü üçün tarixi maksimuma çatıb.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət hava şəraitinə, qlobal iqlimə və dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər. Onların sözlərinə görə, yaxın aylarda gözlənilən güclü El-Ninyo hadisəsi də vəziyyəti daha da ağırlaşdıra bilər.

Alimlər qeyd ediblər ki, dünya okeanları Yerin iqlim sistemində yaranan artıq istiliyin 90 faizdən çoxunu özündə toplayır və bunun əsas səbəbi fosil yanacaqlardan istifadədir. Onların fikrincə, okeanların isinmə prosesi sürətlənməkdə davam edir.

Bununla belə, ekspertlər bildirirlər ki, okean səthində ən yüksək temperatur adətən iyul və avqust aylarında müşahidə olunduğundan, prosesin miqyası barədə yekun nəticə çıxarmaq hələ tezdir. Copernicus-un direktoru Karlo Buontempo isə rekord istiləşmə ilə El-Ninyonun birləşməsinin yaxın aylarda yeni temperatur rekordlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qiymət Mahir

NEWS FEED
18 AUGUST 2026
Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 All News