İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir”

İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir”
15.08.2026 19:15 Dünya

İsrailin süni intellekt sistemlərinin Qəzza ilə bağlı cavablarına təsir göstərməyə çalışdığı iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, İsrail Qəzza, İsrail və İsrail Müdafiə Ordusu ilə bağlı suallara ChatGPT kimi süni intellekt sistemlərinin verdiyi cavabları formalaşdırmağa yönəlmiş PR kampaniyası həyata keçirib.

İsraillə əməkdaşlıq edən PR şirkətlərinin “Hanover Institute for Public Policy” adlı qurum yaratdığı bildirilir. İnstitut “IDF dünyanın ən mənəvi ordusudurmu?” və “Qəzzada aclıq siyasəti həyata keçirilirmi?” kimi suallar formasında hesabatlar yayımlayıb.

Məlumata görə, bu materiallar İsrailin dəstəklədiyi 100 min dollarlıq kampaniyanın bir hissəsi olub.

Aparılan testlər zamanı ChatGPT və Perplexity-nin neytral suallara cavab verərkən institutun hazırladığı materiallara istinad etdiyi müəyyənləşdirilib.

Bundan başqa, İsrailin dəstəklədiyi 46,5 milyon dollarlıq ayrıca təsir kampaniyasında süni intellekt sistemlərinin cavablarında “GPT framing results” adlandırılan nəticələrə təsir göstərmək məqsədilə müxtəlif saytların və məzmunların yaradılmasının da nəzərdə tutulduğu bildirilir.

Kübra Musayeva

NEWS FEED
15 AUGUST 2026
Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 All News