İki milyon abunəçisi olan İnstaqram hesabında İlham Əliyevin fikirləri paylaşıldı

İki milyon abunəçisi olan İnstaqram hesabında İlham Əliyevin fikirləri paylaşıldı
16.07.2026 10:33 Dünya

Amerikanın Breitbart News nəşri rəsmi İnstaqram hesabında Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş paylaşım edib. 

TodayPress TV "Minval"a istinadən xəbər verir ki, material nəşrin çoxmilyonluq auditoriyasına təqdim edilib.

Nəşrdə İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın sülhməramlı səylərinə verdiyi yüksək qiymət və onun Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsindəki əsas rolu xüsusilə vurğulanır.

Amerika nəşri Azərbaycan prezidentinin sözlərini sitat gətirir: "Donald Tramp sülhü sevən və onu bir fürsət kimi görən bir insandır".

Breitbart News-un qeyd etdiyi kimi, İlham Əliyev bildirib ki, Bakı ilə Yerevan arasında danışıqlar son mərhələyə çatanda Tramp və komandası Azərbaycanın mövqeyini nəzərə alıb, Ermənistan tərəfini sülh yolu ilə həllin faydalarına inandırıb və sazişin imzalanmasını mümkün edən şərait yaradıb. İlham Əliyev xatırladıb ki, ötən ilin avqust ayında Donald Tramp onu və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib. Görüşdən sonra liderlər birgə bəyannamə imzalayıblar və xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Bundan əlavə, əldə edilən razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün birgə ABŞ-Azərbaycan işçi qrupu yaradılıb.

"Yaddaşımda ilk dəfədir ki, Amerika rəsmiləri vədlərini bu qədər dəqiq yerinə yetirirlər", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Qeyd edək ki, "Breitbart News" hesabının təxminən 2 milyon abunəçisi var.

Jalə Rövşən 

NEWS FEED
17 JULY 2026
TƏCİLİ: Ömər Eldarov xəstəxanaya yerləşdirildi 21:21 İranda ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub - FOTO 21:17 Ömürlük cəza alanların apellyasiya prosesi davam edir - Məhkəmədə nə baş verdi? 21:14 ABŞ İranın “gözünü” vurdu - Strateji müşahidə qülləsi məhv edildi 20:59 Şuşanın mənə dediyi söz: Tarixi təzədən oxu! 17:29 Trampın yeni hədəf siyahısı üzə çıxdı - İranı nə gözləyir? 20:52 Mikayıl Cabbarov Mirziyoyevlə görüşdü - İlham Əliyevə xüsusi mesaj göndərildi 20:46 Ukraynada ən vacib iki nazirliyə müvəqqəti rəhbərlər təyin edildi - ADLAR 20:38 Rusiyada yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırdı - VİDEO 20:29 Lökbatan istiqamətində sürücülərə XƏBƏRDARLIQ! Zəncirvari qəza hərəkəti iflic etdi 20:20 Bu qanun qapıdan keçə bilmədi - Polşa Prezidenti veto qoydu 20:14 Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur” 20:06 Səudiyyəyə uzanan əl Pakistana dəyəcək - XƏBƏRDARLIQ 19:52 Gözlənilən sənəd hələ də yoxdur - ANAMA-dan AÇIQLAMA 19:36 Şuşada Vaqif Poeziya Günlərinə start verildi 19:31 Rusiya Ukraynanın limanlarını hədəf aldı 19:23 Sükan arxasında yuxuya gedən şəxs yük maşını ilə toqquşdu - DƏHŞƏTLİ QƏZA 19:45 Rusiyada taxıl yetişdi, yanacaq yetişmədi - YENİ BÖHRAN 18:49 Valideynlərə ŞAD XƏBƏR - Uşaq bağçası xərclərinin yarıdan çoxunu dövlət ödəyəcək 18:37 ABŞ hücumlarından sonra dağılan körpülərin FOTOLARI 18:31 Türkiyə Ermənistana “kod qoydu” 18:25 Qurban Qurbanovdan təəccübləndirən QƏRAR 18:17 Altı ölkənin orduları Azərbaycanda birləşəcək 18:07 Dünya mediası İlham Əliyevin Tramp haqqındakı fikirlərini yazır 17:51 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır 17:48 All News