Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu

Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu
08.08.2026 18:24 Dünya

Hörmüz boğazının açılması İran və Oman arasında aparılan danışıqlardan deyil, Vaşinqtonun Tehran tərəfindən irəli sürülən şərtləri qəbul edib-etməyəcəyindən asılıdır.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Hüseyn Möhebbi “Tasnim”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı “sadəcə iqtisadi marşrut deyil, İranın müdafiə və suverenlik siyasətinə uyğun istifadə olunan mühüm geosiyasi potensialdır”.

Möhebbi bildirib ki, boğazın nə vaxt və hansı qaydada açılacağı birbaşa ABŞ-nin İranın şərtlərini nə dərəcədə qəbul etməsindən asılı olacaq.

SEPAH nümayəndəsi əlavə edib ki, ABŞ İranın Oman və digər regional ölkələrlə apardığı danışıqlara müdaxilə etməkdən tamamilə çəkinməlidir. Onun sözlərinə görə, danışıqlar yekun mərhələdədir.

“ABŞ İran İslam Respublikasının şərtlərini qəbul edən və müdaxiləçi yanaşmasından imtina edən kimi boğazın açılması üçün şərait yaranacaq”, - deyə Möhebbi vurğulayıb.

Kübra Musayeva

NEWS FEED
08 AUGUST 2026
İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi 18:27 Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu 18:06 Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə 18:00 Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı 16:21 “Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer 16:50 İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı 16:44 Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq 17:10 Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik” 17:04 Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var 16:13 Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq” 16:16 "Arsenal" Brunu Qimaraynşi transfer etdi 16:08 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır – SƏBƏB 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 All News