Gürcüstan Prezidenti: "Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir"

Gürcüstan Prezidenti: "Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir"
15.12.2025 02:00 Dünya

Sülh siyasəti və Gürcüstanda vahid birgəyaşayış əsas məqsədimizdir. Osetinlər və abxazlarla birlikdə, əsrlər boyu olduğu kimi, yenidən vahid Gürcüstanda birgə yaşamaq istəyirik.

TodayPress TV xəbər verir ki, bunları Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir İrakli Kobaxidzenin Türkmənistana səfəri çərçivəsində keçirilən tədbirlər barədə danışarkən deyib.

Prezident bildirib ki, İ.Kobaxidze Türkmənistanda Gürcüstanı ləyaqətlə təmsil edib və çıxışı zamanı ölkənin milli maraqları, mövcud çətinliklər, qlobal vəziyyət, eləcə də işğal olunmuş ərazilərlə bağlı mühüm mesajlar səsləndirib.

"Hamımız layiqli çıxışın şahidi olduq. Bu çıxışda dövlətimizin maraqları, qarşılaşdığımız çətinliklər və demək olar, hər gün barəsində danışdığımız işğal altındakı ərazilərlə bağlı açıq və səmimi mesajlar yer alırdı", - M.Kavelaşvili vurğulayıb.

Prezidentin sözlərinə görə, Gürcüstan hökumətinin əsas məqsədi ölkənin birliyini və gələcəyini qorumaqdır.

"Müharibələr, hər iki tərəfin buraxdığı səhvlər olub. Lakin bu ağrılı səhifəni tədricən bağlayaraq, gələcəyə baxmalıyıq", - o qeyd edib.

M.Kavelaşvili əlavə edib ki, hazırkı mərhələdə emosional yanaşmalar və əsassız fərziyələr ölkənin maraqlarına xidmət etmir.

"Biz sadə təxribatlara qapılan hökumət deyilik. Kimin harada oturması ilə bağlı fərziyyələr irəli sürmək əvəzinə, reallığı düzgün dərk etməliyik. Mesajımız aydındır - prinsipial olmalı və ölkəmizin birliyini, gələcəyini qorumalıyıq", - Gürcüstan Prezidenti deyib.

TodayPress TV


NEWS FEED
16 JUNE 2026
Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 All News