Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi

Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi
19.08.2026 18:00 Dünya

Fransada sağalmaz xəstəliklərdən əziyyət çəkən yetkin şəxslərə evtanaziya hüququ verən qanun rəsmi olaraq qəbul edilib. Qanunun mətni ölkənin ali konstitusiya orqanı tərəfindən təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Fransa bu təcrübəni qanuniləşdirən Niderland, Belçika, İsveçrə və Kanada da daxil olmaqla azsaylı ölkələr qrupuna qoşulub.

Çoxillik müzakirələrdən sonra çərşənbə günü dərc olunan sənəddə Fransa vətəndaşı olan və ya ölkədə daimi yaşayan, sağalmaz hesab edilən və dözülməz ağrılara səbəb olan xəstəliklərdən əziyyət çəkən yetkin pasiyentlərin evtanaziya hüququ müəyyən edilir.

Həkim pasiyentin müəyyən edilmiş meyarlara uyğun olub-olmadığını yoxlamalıdır. Təsdiq aldıqdan sonra pasiyent prosedurun həyata keçirilməsinə ən azı iki gün qalmış gözləməli və prosedur günü qərarını təsdiqləməlidir.

Pasiyent istənilən vaxt razılığını geri götürə bilər. O, ölümə səbəb olan maddəni özü qəbul etməlidir. Yalnız fiziki cəhətdən bunu edə bilmədiyi halda ona tibb işçisi kömək edə bilər.

İndiyədək Fransada passiv evtanaziyaya, məsələn, süni həyat dəstəyindən imtina edilməsinə, həmçinin ölüm öncəsi dərin sedasiyaya icazə verilirdi. Lakin həyatına aktiv şəkildə son qoymaq istəyən şəxslər evtanaziyanın qanunla icazə verildiyi digər ölkələrə getməyə məcbur olurdular.

Qiymət Mahir

NEWS FEED
19 AUGUST 2026
İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 İsrail Rusiyanı “arxayınlaşdırdı”: “Ukraynaya silah vermirik” 18:50 Bu gün son gündür - Abituriyentlərin NƏZƏRİNƏ! 18:35 Tezalışan maye olan çənin qapağı qopdu - GÜCLÜ YANĞIN 18:22 Məşhur kabab evində at DNT-si tapıldı 18:11 Putin Ukraynanın hücumlarını ciddiyə almır: “Nəticəsi yoxdur” 18:05 Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi 16:51 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir 17:55 Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı 16:44 “Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər! 17:39 İranın Avropaya zərbə endirmək planları üzə çıxdı 16:13 Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm” 17:25 NBA ulduzu Karri yeni mövsümə kökləndi: “Hər şeyə yenidən başlamaq istəyirəm” 17:20 Zelenski onlara təşəkkür etdi 15:41 Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər 16:54 KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib 15:39 “Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj 16:46 Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 All News