Filippində qasırğa qurbanlarının sayı 250-yə çatdı

Filippində qasırğa qurbanlarının sayı 250-yə çatdı
11.11.2025 14:20 Dünya

Filippində son günlər ard-arda baş verən iki güclü qasırğa nəticəsində ölənlərin ümumi sayı 250-yə yüksəlib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının məlumatına görə, noyabrın 9-da Luzon adasını vurmuş “Funq-vonq” super tayfunu torpaq sürüşmələri və palçıq axınlarına səbəb olub.

Nəticədə 18 nəfər həyatını itirib, təxminən 30 sakin yaralanıb və bir neçə nəfər itkin düşüb. İlin 21-ci tayfunu sayılan “Funq-vonq”un küləklərinin sürəti saatda 230 kilometrə çatıb.

Hazırda bölgədə axtarış-xilasetmə və bərpa işləri davam etdirilir. Qasırğanın təqribən 30 milyon insanın yaşadığı ərazilərə təsir edəcəyi, başqa sözlə, ölkənin üçdə ikisini əhatə edəcəyi bildirilir. Tayfunun şimal-qərbə doğru hərəkət edərək Çinin cənub sahillərində də fəsadlar törədə biləcəyi ehtimalına görə Quandon əyalətində 4-cü səviyyədə xəbərdarlıq elan olunub.

Noyabrın 4-də Sebu əyalətini vurmuş “Kalmaegi” qasırğası isə 231 nəfərin ölümünə, 112 nəfərin itkin düşməsinə səbəb olub. Güclü külək və yağıntı nəticəsində sel, daşqın və torpaq sürüşmələri qeydə alınıb.

Hər iki təbii fəlakət ölkənin bir çox bölgələrində evlərə, infrastruktur obyektlərinə, yollar və körpülərə, əkin sahələrinə ciddi ziyan vurub. Elektrik və rabitə xətləri də sıradan çıxıb. Fəlakət səbəbilə bir milyondan çox insan təxliyə edilib, bəzi ucqar bölgələrə aparan yollar yararsız vəziyyətə düşüb.

Sentyabrın 30-da Sebuda baş vermiş 6,9 bal gücündə zəlzələ nəticəsində yaranmış dağıntılar da fəlakət bölgələrində vəziyyəti daha da çətinləşdirib. Həmin zəlzələ zamanı da çoxsaylı insan həyatını itirmiş, minlərlə sakin evsiz qalmışdı.

Qasırğalar səbəbilə ölkədə fövqəladə vəziyyət elan olunub. Bir sıra liman və məktəblər bağlanıb. Filippin Prezidenti Ferdinand Romualdez Markos fövqəladə rejimin tətbiq olunduğunu açıqlayıb.

Jalə Rövşən

TodayPress TV


NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News