Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA

Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA
30.06.2026 13:40 Dünya

Ermənistanlı politoloq Artur Xaçikyan İsrailin son açıqlamalarını şərh edərkən Cənubi Qafqazdakı geosiyasi vəziyyətə də toxunub. O, xüsusilə Mehri istiqamətində gələcəkdə gərginliyin arta biləcəyini iddia edib.

TodayPress TV xəbər verir ki, Xaçikyanın sözlərinə görə, İsrailin son mövqeyi ermənilərlə və ya qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı deyil. O hesab edir ki, bunun əsas səbəbi Türkiyə ilə İsrail arasında Suriya, Qəzza və ümumilikdə Yaxın Şərqdə nüfuz uğrunda rəqabətin kəskinləşməsidir.

Politoloq bildirib ki, növbəti geosiyasi qarşıdurmanın əsas nöqtələrindən biri Mehri ola bilər. Onun fikrincə, bu ərazi Türkiyə, Azərbaycan, İsrail və ABŞ ilə Rusiya və İranın maraqlarının toqquşduğu strateji bölgəyə çevrilir.


Xaçikyanın iddiasına görə, bir tərəf Mehri üzərindən nəqliyyat əlaqələrinin açılmasını İranın şimal istiqamətindən təcrid edilməsi, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin təmin olunması və Rusiyanın cənubdakı kommunikasiya imkanlarının zəiflədilməsi baxımından vacib sayır. Digər tərəfdən isə Rusiya və İran bu layihənin qarşısını almağa və ya prosesdə iştirak etməyə çalışacaq.

O, həmçinin bildirib ki, Ermənistanın zəif diplomatik mövqeyi səbəbindən ölkə ilə bağlı qərarlar yenidən böyük dövlətlər arasında verilə bilər. Onun sözlərinə görə, tərəflər razılığa gəlsələr, İrəvan fakt qarşısında qala bilər, razılıq əldə olunmasa isə bölgədə gərginlik arta bilər.

Politoloq əlavə edib ki, Türkiyə ilə İsrail arasında təsir dairələrinin bölüşdürülməsi ilə bağlı razılaşma da mümkündür. Onun fikrincə, belə bir ssenaridə Türkiyə Cənubi Qafqazda, İsrail isə Yaxın Şərqdə öz maraqlarını təmin etməyə çalışacaq.

Xanım Musayeva

NEWS FEED
30 JUNE 2026
DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Paşinyanın yası düşdü, təcili İrana yollanır 14:01 İran ən böyük yas mərasiminə hazırlaşır 14:05 Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA 13:30 İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı 13:29 Azərbaycan və Qazaxıstan bir-birinə dəstəyini ifadə etdi 13:27 All News