Ermənistan Paşinyana sui-qəsd xəbərləri ilə çalxalanır

Ermənistan Paşinyana sui-qəsd xəbərləri ilə çalxalanır
19.05.2026 11:06 Dünya

Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyana qarşı ölümlə hədələrin yer aldığı videodan sonra cinayət işi başladıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Yayılan videoda maskalı bir şəxsin danışdığı, arxasında isə avtomat silahlı dörd nəfərin dayandığı görünür. Videoda Paşinyana qarşı sui-qəsd xarakterli təhdidlər səsləndirilib.

Ermənistan İstintaq Komitəsi bildirib ki, şəxslər canlı yayım zamanı videonu yaymaq üçün kompüter şəbəkəsinə qanunsuz daxil olublar. Faktla bağlı qətl törətmək məqsədilə sui-qəsd planı, kompüter sisteminə müdaxilə və silah-sursatın qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.

Hazırda videoda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Paşinyan isə hadisəyə seçkiqabağı çıxışı zamanı münasibət bildirib. O, videoda görünən şəxsləri qorxaqlıqda ittiham edərək deyib ki, “maskalarını çıxarsınlar və könüllü təslim olsunlar”.

Baş nazir həmin şəxslərin müharibə dövründə mövqeləri tərk etdiyini iddia edib və onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 All News