Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər"
"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi digər ölkələrin də qoşulmasına açıqdır".
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, üç ölkədən hər hansı birinə xaricdən hücum edilərsə, tərəflər birgə şəkildə zəruri addımlar atacaq. O, bu mexanizmin NATO-nun 5-ci maddəsindəki kollektiv müdafiə prinsipinə bənzədiyini qeyd edib.
Ərdoğan sazişin yalnız Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla məhdudlaşmadığını vurğulayıb.
Prezident əlavə edib ki, digər ölkələr də ittifaqa qoşula bilər. Türkiyə lideri xüsusilə Misirin adını çəkərək, Qahirənin istədiyi halda sazişə qoşulması üçün qapıların açıq olduğunu bildirib.
Qeyd edək ki, üç ölkə Məkkə Birgə Müdafiə Sazişini 7 avqust 2026-cı ildə imzalayıb. Saziş qarşılıqlı müdafiə ilə yanaşı, birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlığı da nəzərdə tutur.
Türkan İsgəndərli