D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək

D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək
20.06.2026 04:00 Dünya

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Komissiyasının Ankarada keçirilən 51-ci sessiyasının iştirakçıları birliyin Cakartada (İndoneziyanın paytaxtı) keçiriləcək sammitinə hazırlığı, təşkilatda mümkün islahatları və iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

 TodayPress TV D-8-in bəyanatına istinadən xəbər verir ki, iclas Misirin sədrliyi ilə iyunun 15-17-də Türkiyənin paytaxtı Ankarada keçirilib.

Görüş zamanı D-8-ə üzv dövlətlərin komissarları və yüksək vəzifəli nümayəndələri təşkilatın baş katibi Suhail Mahmudun katibliyin 2026-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabatını nəzərdən keçiriblər. Ticarət, energetika, turizm, kənd təsərrüfatı, elm və texnologiyaların inkişafı, kiçik və orta biznesə dəstək, gənclər siyasəti, nəqliyyat və kommunikasiya məsələlərinə xüsusi diqqət yetirilib.

"İştirakçılar həmçinin D-8-in Cakartada keçiriləcək 12-ci sammitinə hazırlığı, təşkilatda mümkün islahatları və qurumun institusional potensialının gücləndirilməsi üzrə tədbirləri, maliyyə və inzibati məsələləri, eləcə də D-8-in 2020-2030-cu illər üçün Yol Xəritəsinin icrasını müzakirə ediblər", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, komissiya Misirin D-8 Güzəştli Ticarət Sazişini və Mübahisələrin Həlli Mexanizmini ratifikasiya etmək qərarını alqışlayıb və bu addımın iqtisadi inteqrasiyanın dərinləşməsinə, eləcə də birlik ölkələri arasında qarşılıqlı ticarətin artmasına təkan verəcəyini vurğulayıb.

TodayPress TV

NEWS FEED
20 JUNE 2026
Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu 23:09 DÇ-2026: Türkiyə hesabda geridədir - YENİLƏNDİ 07:12 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 All News