Çin və Hindistan Rusiya nefti almağı azaldır

Çin və Hindistan Rusiya nefti almağı azaldır
21.11.2025 10:17 Dünya

ABŞ-nin iki ən böyük neft şirkətinə qarşı sanksiyaları Çin və Hindistanın enerji sektorunda ciddi dəyişikliklərə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Çin və Hindistan şirkətlərinin bir çoxu sanksiyalardan xəbərdardır və riskdən çəkinir, Qərblə münasibətlərin vacibliyini dərk edir və onları dəstəkləməyə çalışır”, - deyə nəşr ABŞ Maliyyə Nazirliyinin nümayəndəsindən sitat gətirib.

Qeyd edək ki, Hindistanın enerji nəhəngi "Reliance Industries" 20 noyabrdan etibarən Rusiya neftinin idxalını tam dayandırıb. Bu qərar ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) “Rosneft” və “Lukoyl” başda olmaqla Rusiyanın aparıcı neft şirkətlərinə qarşı sərtləşdirilmiş sanksiyaları fonunda qəbul edilib.

"Reliance" şirkətinin “Rosneft” ilə gündə təxminən 500 min barel neft tədarükünü nəzərdə tutan uzunmüddətli müqaviləsi olsa da, korporasiya dəfələrlə bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunan bütün beynəlxalq sanksiyalara tam əməl edəcək.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 All News