Çin nüvə başlığı istehsalını artırır

Çin nüvə başlığı istehsalını artırır
29.12.2025 11:11 Dünya

Çin nüvə döyüş başlıqlarının istehsal gücünü artırır və sürətli cavab zərbələrinə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” Açıq Nüvə Şəbəkəsi (ONN) və Verifikasiya Tədqiqatları, Təlim və İnformasiya Mərkəzinin (VERTIC) peyk görüntülərinə və təhlillərinə istinadən yazıb.

Məlumata görə, 2019-cu ildən bəri Çinin nüvə obyektlərində genişmiqyaslı dəyişikliklər müşahidə olunur. Analitiklər bu prosesin plutonium yüklərinin hazırlanması üçün qurğuların və nüvə başlıqlarında istifadə olunan partlayıcı maddələrin istehsalı zavodlarının modernləşdirilməsini əhatə etdiyini bildirirlər.

Pentaqonun son hesabatında qeyd olunub ki, Çinin nüvə başlıqlarının sayı hazırda təxminən 600-dür və bu göstəricinin 2030-cu ilə qədər 1000-i keçəcəyi gözlənilir. Hesabatda istehsal tempinin əvvəlki dövrlərlə müqayisədə yavaşladığı bildirilsə də, yeni tikinti və genişlənmə bu rəqəmlərlə bağlı suallar yaradır.

Nəşrin yazdığına görə, Çin mənbələri və hərbi sahəyə yaxın akademiklər nüvə briqadalarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd edirlər. Bildirilir ki, bu qüvvələr mümkün təhlükə aşkarlandığı halda dərhal cavab verməyə imkan verən rejimdə ola bilər.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 All News