Cənubi Koreyada məktəblərdə mobil telefon istifadəsi qadağan edildi

Cənubi Koreyada məktəblərdə mobil telefon istifadəsi qadağan edildi
27.08.2025 13:27 Dünya

Cənubi Koreya Milli Assambleyası məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazların istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb. 

Qanun layihəsi Milli Assambleyada keçirilən səsvermədə iştirak edən 163 deputatdan 115-nin səsi ilə təsdiqlənib.

Yeni qanuna əsasən, şagirdlər dərs saatlarında mobil telefon və digər ağıllı cihazlardan istifadə edə bilməyəcəklər. Yalnız fiziki məhdudiyyətləri olan və xüsusi təhsilə ehtiyacı olan şagirdlər, eləcə də təcili vəziyyətlərdə istisnalar nəzərdə tutulur.

Qanun 2026-cı ilin mart ayından, yəni yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Cənubi Koreya Təhsil Nazirliyinin məlumatına görə, ölkə əhalisinin təxminən dörddə biri mobil telefonlara həddindən artıq bağlıdır. Bu göstərici 10-19 yaş arası yeniyetmələr arasında 43 faizədək yüksəlir. Araşdırmalar göstərir ki, gənclərin üçdə birindən çoxu sosial şəbəkələrdə keçirdikləri vaxtı nəzarətdə saxlaya bilmirlər.

Qeyd edək ki, Cənubi Koreya bu qərarla yanaşı, artıq Fransa, Finlandiya, İtaliya, Niderland və Çin kimi ölkələrdə də şagirdlərin telefon istifadəsinə müxtəlif səviyyələrdə məhdudiyyətlər tətbiq edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 AVQUST 2026
ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Bütün Xəbərlər