Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR?

Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR?
20.06.2026 17:00 Dünya

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Polşa Prezidenti Karol Navrotskinin tarixi mübahisə fonunda Ukrayna lideri Volodimir Zelenskini Polşanın ən ali ordenlərindən birindən məhrum etməsindən sonra Polşa dövlət mükafatından imtina etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Varşavanın qərarına səbəb Zelenskinin bölmələrdən birinin adını dəyişdirərək ona Polşada polyakların kütləvi qətllərində ittiham olunan İkinci Dünya müharibəsi dövrünün ukraynalı üsyançılarının adını verməsi olub.

Buna cavab olaraq K.Budanov ötən il aldığı Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin Qızıl Zabit xaçından imtina etdiyini bildirib və Polşa tərəfinin qərarını Rusiya üçün "hədiyyə" adlandırıb.

"Xalqlarımızın həm qəhrəmanlıq, həm də faciəvi səhifələri özündə birləşdirən ortaq bir tarixi var. Ancaq bu, siyasi spekulyasiyaların yox, dərindən anlamanın mövzusu olmalıdır", - o, sosial şəbəkədə yazıb.

Polşa Prezidenti iyunun 19-da Zelenskini Polşanın ən ali dövlət mükafatı - "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib. Buna səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi haqqında fərmanı olub.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa Prezidentinin qərarını "strateji səhv" adlandırıb. Polşanın Baş naziri Donald Tusk isə tərəfləri təmkinli olmağa çağırıb. K.Navrotskinin qərarı ilə əlaqədar olaraq, A.Sibiqa və Ukraynanın bu ölkədəki səfiri Vasili Bodnar Polşanın dövlət mükafatlarından imtina ediblər.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Bakıda məscid yanır 21:54 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 All News