Böyük Britaniya Ukraynaya tarixinin ən böyük PUA paketini verəcək

Böyük Britaniya Ukraynaya tarixinin ən böyük PUA paketini verəcək
15.04.2026 23:30 Dünya

Böyük Britaniya döyüş meydanında istifadə ediləcək qabaqcıl texnologiyalara malik 120 mindən çox dronun daxil olduğu "tarixin ən böyük" PUA paketini Ukraynaya təhvil verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

"Böyük Britaniya Ukraynaya tarixdə ən böyük pilotsuz uçuş aparatları tədarükünü elan edib və bu çərçivədə cari ildə ən azı 120 000 dron göndəriləcək. Bu addım bütün ölkə daxilində iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına təkan verəcək", - deyə bəyanatda vurğulanıb.

Həmçinin bildirilir ki, Böyük Britaniyanın indiyədək təqdim etdiyi bu ən böyük paketə Ukraynadakı cəbhə xəttində döyüş qabiliyyətini artıq sübut etmiş minlərlə uzaqmənzilli zərbə, kəşfiyyat və logistika əməliyyatları üçün nəzərdə tutulan dronlar, eləcə də dəniz təminatı vasitələri daxil olacaq.

Britaniyanın müdafiə naziri Con Hili Londonun öz səylərini artırdığını və Ukraynaya "rekord sayda pilotsuz uçuş aparatı" verəcəyini deyib. Onun sözlərinə görə, bu təchizat Ukrayna Silahlı Qüvvələrinə müdafiə olunmaq və Rusiyaya qarşı mübarizə aparmaq üçün geniş imkanlar yaradacaq.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 All News