Belarus Qərb və NATO ilə münasibətləri normallaşdırmaq istəyir

Belarus Qərb və NATO ilə münasibətləri normallaşdırmaq istəyir
30.11.2025 15:05 Dünya

"Belarus Şərqi Avropa regionunda təhlükəsizliyi təmin etməyə çalışır və NATO üzvü ölkələrlə dialoqa açıqdır".

TodayPress TV xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri, nazirin köməkçisi Valeri Revenko “VoenTV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Belarusda NATO-ya üzv 10 dövlət akkreditə olunub:

“Biz Belarusun mövqeyini onlara çatdırmağa və onların mövqelərini dinləməyə hazırıq. Məqsəd – regionumuzda təhlükəsizliyin təmin edilməsi üçün konsensus tapmaqdır”.

Revenko qeyd edib ki, Belarusun Qərb və NATO ölkələri ilə münasibətləri problemlidir:

“Qərb Belarusun təhlükəsizlik siyasətini öz maraqlarına uyğunlaşdırmaq, sonra isə ölkəmizi siyasi və iqtisadi cəhətdən təcrid etmək istədi”.

O vurğulayıb ki, Minsk öz müstəqil siyasətini həyata keçirməkdə davam edir:

“Bizim Şərqi Avropada təhlükəsizliyi və qonşuluq münasibətlərini təmin etməyə yönəlmiş öz yanaşmamız var. Bu, Qərbin baxışları ilə üst-üstə düşmür”.

Bununla belə, Revenko bildirib ki, Belarus Qərb tərəfdaşları ilə kontaktları davam etdirir.

NEWS FEED
31 JULY 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 All News