Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib

Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib
14.08.2026 16:37 Dünya

Almaniyanın avtomobil sənayesində çalışanların sayı son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Destatis" məlumat yayıb.

Məlumata görə, iyunun sonunda ölkənin avtomobil sektorunda 691 500 nəfər çalışıb. Son 12 ayda 42 300 iş yeri, yəni sektor üzrə məşğulluğun 5,8 faizi itirilib.

Beləliklə, Almaniyanın avtomobil sənayesində çalışanların sayı 2005-ci ildən bəri ən aşağı göstəriciyə geriləyib. Avtomobil sektoru ölkədə maşınqayırmadan sonra ikinci ən böyük sənaye işəgötürənidir.

Almaniyanın aparıcı avtomobil istehsalçılarından "Volkswagen" də qənaət siyasətinə keçib. Şirkətin baş direktoru Oliver Blume 2030-cu ilə qədər 50 min iş yerinin ixtisarının planlaşdırıldığını açıqlayıb.

"Volkswagen" həmçinin 2028-ci ilə qədər Avropadakı zavodlarında istehsalı əlavə 500 min avtomobil azaltmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
14 AUGUST 2026
Çin Yaponiyanın yanında yox, qarşısındadır - Kuril adalarında yeni qarşıdurma? 19:04 Makronun uşaqlarla bağlı planı “suya düşdü” - Qərar BLOKLANDI 18:52 Mərdəkan sakinlərinin DİQQƏTİNƏ! Bu avtobusların hərəkət sxemi dəyişdi 18:42 Minaya düşən Kamran Süleymanovun oğlu: "Atamın ayağı amputasiya olunmalıdır" 18:32 Türkiyə rus neftindən üz döndərir - Yeni seçimlərə yönəldi 18:24 Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:14 Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi 18:06 Sumqayıtda məşhur kafe külə döndü 18:03 Rusiyadan Ermənistana buğda göndərildi 17:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat 17:35 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 17:22 Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!” 17:39 Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur 16:39 Ukrayna Silahlı Qüvvələri Rusiyanın təhdidinə cavab verdi 16:54 KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır 16:30 Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 All News