ABŞ Ukraynada hərbi kontingent yerləşdirməyəcək

ABŞ Ukraynada hərbi kontingent yerləşdirməyəcək
16.12.2025 11:21 Dünya

ABŞ Ukrayna ilə mümkün sülh sazişi çərçivəsində öz hərbi qulluqçularını bu ölkənin ərazisində yerləşdirməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, “The Guardian” nəşri amerikalı rəsmi mənbələrə istinadən yazır ki, dekabrın 15-də Berlində keçirilən danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ABŞ hakimiyyətinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini müsbət qarşılayıblar. 

Bununla belə, amerikalı rəsmilər təhlükəsizlik paketinin konkret nələri əhatə edəcəyi və sülh sazişindən sonra Rusiya hərbi əməliyyatları bərpa edərsə, Ukraynanı kimin müdafiə edəcəyi ilə bağlı detalları açıqlamaqdan imtina ediblər. Eyni zamanda, onlar ABŞ-nin Ukrayna ərazisində qoşun yerləşdirməyəcəyini təsdiqləyiblər.

Məqalədə qeyd olunur ki, Avropa liderləri artıq Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi məqsədilə “çoxmillətli qüvvələr” yaratmağa hazır olduqlarını bildiriblər. Bu qüvvələrin Avropanın rəhbərliyi altında və ABŞ-nin dəstəyi ilə formalaşdırılacağı, “istəklilər koalisiyası” çərçivəsində fəaliyyət göstərəcəyi vurğulanır. Gözlənilir ki, həmin qüvvələr Ukraynaya ordunun bərpasında, hava məkanına nəzarətin və dəniz təhlükəsizliyinin təmin olunmasında, eləcə də ölkə ərazisində müəyyən əməliyyatların həyata keçirilməsində yardım edəcəklər.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 All News