ABŞ pilotları Afrikada həbs edildi, Trampdan kömək istədilər

ABŞ pilotları Afrikada həbs edildi, Trampdan kömək istədilər
09.02.2026 19:00 Dünya

ABŞ-dən olan iki pilot Afrikanın Qvineya Respublikasında saxlanılıb. Onların yaxınları ABŞ Prezidenti Donald Trampdan müdaxilə gözləyir.

TodayPress TV xəbər verir ki, "The New York Post" nəşrinin məlumatına görə, hadisə 29 dekabr 2025-ci ildə baş verib.

33 yaşlı Fabio Nikolas Espinal Nunyes və 63 yaşlı Bredli Skott Şlenker müqavilə əsasında çalışaraq Surinamdan Dubaya turist ailəsini Gulfstream GIV tipli təyyarə ilə daşıyıblar. Uçuş zamanı yanacaq ehtiyacı yarandığından pilotlar Qvineya dispetçerləri ilə əlaqə saxlayaraq eniş üçün icazə istəyiblər.

Lakin Qvineya hava limanına endikdən sonra yerli hüquq-mühafizə orqanları pilotları ölkənin hava məkanını pozmaqda ittiham edib və onlar altı həftə müddətinə həbs olunublar. Nunyes və Şlenkerin vəkilləri təcili apellyasiya şikayəti verib və məhkəmə onların azadlığa buraxılması barədə qərar çıxarıb. Buna baxmayaraq, pilotlar hələ də həbsdə saxlanılır.

Məlumata görə, prokuror hərbçilərin təzyiqi səbəbindən məhkəmə qərarının icrasına icazə verməyib. Pilotlardan birinin nişanlısı Loren Stivenson bildirib ki, üç hakim ittihamların əsassız olduğu qənaətinə gəlib.

Qeyd olunur ki, işə Qvineya Respublikasının Ali Məhkəməsi baxacaq. Pilotların ailə üzvləri, həmçinin ABŞ Dövlət Departamentinin dəstəyinə ümid edir.

Qiymət Mahir

NEWS FEED
30 JULY 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 All News