ABŞ-nin xüsusi nümayəndəsi Suriya rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə etdi

ABŞ-nin xüsusi nümayəndəsi Suriya rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə etdi
11.01.2026 01:58 Dünya

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Dəməşqdə Prezident Əhməd Əl Şaraa və xarici işlər naziri Əsəd Əl Şeybani ilə Hələbdəki vəziyyəti müzakirə edib.

TodayPress TV "CBS News"a istinadən xəbər verir ki, ABŞ ölkənin ərazi bütövlüyünün qorunması və vahid milli ordunun yaradılması üçün Suriya hökuməti ilə "Suriya Demokratik Qüvvələri" (SDQ) arasında dialoqa dəstək verməyə hazır olduğunu bildirib.

Barrakın sözlərinə görə, tərəflər, həmçinin "Suriyada tarixi keçid" yolunda atılacaq növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

"Prezident Donald Tramp hesab edir ki, hazırda Suriyanın yenilənməsi və milli birliyi üçün mühüm fürsət yaranıb. Biz bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq", – Barrakın bəyanatında qeyd olunub.

SDQ 2025-ci ilin martında Suriya rəhbərliyi ilə yeni hökumətə inteqrasiya olunmaq barədə saziş imzalamışdı.

Barrak vurğulayıb ki, bu 2025-ci ilin martında bağlanmış saziş SDQ qüvvələrinin milli institutlara daxil olması üçün əsas yaradır, eləcə də Suriyanın birliyini və suverenliyini möhkəmləndirir, lakin Hələbdəki hadisələr bu razılaşmaları təhlükə altına qoyur.

"Dövlət katibi Marko Rubionun komandası Suriya hökuməti ilə SDQ arasında konstruktiv əməkdaşlığa dəstək verməyə hazırdır. Bu əməkdaşlıq Suriyanın birliyinə hörmət edən, vahid suveren dövlət prinsipini qoruyan və qanuni vahid milli ordunun yaradılması məqsədini dəstəkləyən inklüziv və məsuliyyətli inteqrasiya prosesini irəlilətməlidir", – bəyanatda qeyd olunub.

NEWS FEED
31 JULY 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 All News