ABŞ NATO ölkələrindən hesabat tələb edir
ABŞ müttəfiqlərindən NATO qarşısında götürdükləri müdafiə xərclərini ÜDM-nin 5 faizinədək artırmaq öhdəliyinin icrası ilə bağlı hesabat təqdim etmələrini gözləyir.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker "Newsmax" telekanalına müsahibəsində bəyan edib.
"Gələn həftə Ankarada NATO sammiti keçiriləcək. Ötən il Haaqada baş tutan görüşdən sonra bu, faktiki olaraq ilk hesabat olacaq. Həmin görüşdə hamımız müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması barədə razılığa gəlmişdik", - deyə diplomat bildirib.
Uitakerin sözlərinə görə, ABŞ-nin hərbi xərcləri artıq bu həddi aşır və Vaşinqton müttəfiqlərinin də onun nümunəsini izləyəcəyini gözləyir.
Qeyd edık ki, 2025-ci ilin iyununda Haaqada keçirilən NATO sammitində alyans ölkələrinin liderləri Vaşinqtonun təşəbbüsü ilə 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, 2026-cı il NATO sammitinin iyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılır.
Aysel Mətləb