ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI

ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI
19.08.2026 07:50 Dünya

ABŞ hakimiyyəti İranın 17 vətəndaşına universitetlərin, şirkətlərin və dövlət qurumlarının kompüter sistemlərinə genişmiqyaslı hücum kampaniyası həyata keçirməkdə ittiham irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər 2013-cü ildən etibarən 144 ABŞ və 178 xarici universitetin, ən azı 53 şirkətin, həmçinin bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının kompüter sistemlərinə hücum ediblər.

Bildirilib ki, hücum edənlər təxminən 8 min müəllimin hesablarına giriş əldə edib və ən azı 31,5 terabayt elmi məlumat və intellektual mülkiyyət oğurlayıblar.

ABŞ Ədliyyə Nazirliyi hücumların bir hissəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tapşırığı ilə həyata keçirildiyini, oğurlanan məlumatların isə İrandakı müştərilərə də satıldığını iddia edir.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
19 AUGUST 2026
BMT: 2025-ci ildə 907 yardım əməkdaşı zərər çəkib 09:43 Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox 09:36 Neftin qiyməti artdı 09:32 “Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq 09:29 “Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər 09:16 Yaponiya hipersəs raketlərinə keçir 09:21 Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır 09:09 Partnyorla çox vaxt keçirmək istəyinin arxasında nə dayanır? 09:03 Tramp Kanada tariflərini 3 gün dayandırdı 08:57 DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI 08:39 Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır! 08:35 ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 All News