ABŞ Avropadan əlini çəkir? - Rusiya üçün fürsət, NATO üçün risk

ABŞ Avropadan əlini çəkir? -     Rusiya üçün fürsət, NATO üçün risk
07.07.2026 22:30 Dünya

NATO-nun Ankarada keçirilən sammitində əsas müzakirə mövzularından biri ABŞ-nin Avropadakı hərbi mövcudluğu və alyans daxilində gələcək məsuliyyət bölgüsüdür.

TodayPress TV xəbər verir ki, bu barədə Center for Strategic and International Studies (CSIS) tərəfindən yayımlanan təhlildə qeyd olunub.

Məqalədə qeyd olunur ki, Vaşinqtonun NATO-dakı rolunu azaltması və Avropadakı qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı ehtimallar müttəfiqlər arasında narahatlıq yaradıb. Bildirilir ki, ABŞ-nin Avropadan hərbi qüvvələrini çıxarması Rusiyanın qarşısının alınması strategiyasını zəiflədə və NATO daxilində balansı poza bilər.

Analitiklər hesab edir ki, ABŞ-nin əsas diqqəti Çinlə rəqabətə yönəlsə də, Avropadakı təhlükəsizlik məsələləri Vaşinqton üçün hələ də strateji əhəmiyyət daşıyır. Buna görə də ABŞ-nin NATO-dan tam uzaqlaşması deyil, Avropa ölkələrinin müdafiədə daha böyük məsuliyyət götürməsi əsas xətt kimi göstərilir.

Sammitdə vurğulanır ki, gələcək modeldə Avropa öz təhlükəsizliyində daha çox rol almalı, ABŞ isə alyansın əsas strateji dayağı olaraq qalmalıdır. ABŞ qoşunlarının Avropadakı mövcudluğu isə NATO-nun Rusiyanı çəkindirmə imkanlarının əsas elementlərindən biri hesab olunur.

Kübra Musayeva

NEWS FEED
08 JULY 2026
Rusiyaya ən böyük PUA hücumlarından biri: Təhlükə elan olundu 00:40 Xameneinin tabutu İraqa aparıldı - VİDEO 00:23 Ukrayna Putinə sülh təklif etdi 00:14 ABŞ-nin bu qərarından sonra qiymətlər qalxdı 23:51 NATO tamamilə dəyişir - Yeni strategiya təqdim olundu 23:41 Ərdoğanın seçdiyi marş Yunanıstanda köhnə yaraları yenidən qanatdı - VİDEO 23:13 Messi iki rekorda imza atdı 22:58 Türkiyə alyansın “Cənub qalxanı” olmaq istəyir 22:47 ABŞ Avropadan əlini çəkir? - Rusiya üçün fürsət, NATO üçün risk 22:30 Sabah UEFA ÇL-dəki matçında qələbə qazandı 22:12 DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ 20:03 Makron Ərdoğanın arvadının əlini öpmək istədi, “arzusu ürəyində qaldı” - VİDEO 21:55 “Firon”lar “qızıl”lara qol vurdu, amma qiyməti olmadı 21:32 İran dronları gəmilərə yaxınlaşdı, ABŞ müdaxilə etdi 21:22 “Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 All News