Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3
28.05.2025 12:23 Daxili siyasət

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. 

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.  Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. 

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. 

Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.

Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır.

İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. 

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib.

Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar. 

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.

Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir.

Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.  Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur.

Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.

Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq.

Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. 

Qeyd edildi ki, kompleksdə ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub.

Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

***

11:56

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. 

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. 

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. 

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

***

11:38

Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər. 

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. 

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. 

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

***

11:29

Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.

FOTOLAR

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 1
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 2
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 3
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 4
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 5
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 6
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 7
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 8
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi, Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində iştirak etdilər - YENİLƏNDİ 3 — 9
XƏBƏR LENTİ
20 AVQUST 2026
Tacikistan Rusiyadan üz döndərib İrana üz tutdu 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 Bütün Xəbərlər