Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması son oxunuşda qəbul edildi

Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması son oxunuşda qəbul edildi
08.07.2025 11:49 Daxili siyasət

Milli Məclis prokurorluq işçilərinin qulluqda olmasının yaş həddinin 60 yaşdan 65 yaşa qaldırılmasını son oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd olunub ki, bu yaş həddinin son yaş həddi olması təklif edilir.

Bildirilib ki, dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır. Qeyd olunanlara əsasən, "Prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları" adlı 29-cu maddəyə prokurorluqda qulluq keçməyə xitam verilməsi hallarına prokurorluqda son yaş həddinə çatmaq halının da əlavə edilməsi təklif edilir.

Sənəddə vurğulanıb ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.5-ci bəndinə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ile bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır.

Qeyd olunanlara əsasən, Qanunun 18.7-ci maddəsinə dəyişiklik edilərək, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələrin onlar müsahibədən keçdikdən sonra verilməsi təklif edilir.

Sənəd layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər