Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu

Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu
11.08.2026 19:55 Daxili siyasət

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

TodayPress TV xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlət başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 25 MVt-lıq "Şəms 1" layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. "CEİ Naxçıvan" MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır.

Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "CEİ Naxçıvan" MMC-nin daxil olduğu AGEC şirkətlər qrupunun ölkəmizdə icra etdiyi digər layihələr barədə də məlumat verildi.

Dövlətimizin başçısı və birinci xanım gücü 25 MVt olan "Qərbi Üfüq" Günəş Elektrik Stansiyasında görülən işlərlə də tanış oldular.

Diqqətə çatdırıldı ki, "Enerso" MMC tərəfindən stansiyanın inşası ilə bağlı topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq.

PHOTOS

Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 1
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 2
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 3
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 4
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 5
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 6
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 7
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 8
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 9
NEWS FEED
11 AUGUST 2026
Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 All News