Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu

Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu
28.10.2025 16:52 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.

TodayPress TV xəbər verir ki, energetika naziri Pərviz Şahbazov dövlətimizin başçısına 50 meqavat gücündə “Şəms” Günəş Elektrik Stansiyası barədə məlumat verdi.

Bildirildi ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.

Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə “Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Prezident İlham Əliyev “Şəms” Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra “Üfüq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Məlumat verildi ki, “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.

TodayPress TV

FOTOLAR

Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 1
Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 2
Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 3
Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 4
Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 5
Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 6
Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər