Xaricdəki mədəniyyət mərkəzləri barədə meyarlar müəyyənləşdi

Xaricdəki mədəniyyət mərkəzləri barədə meyarlar müəyyənləşdi
10.09.2025 15:22 Daxili siyasət

Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"də dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycanın xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək məqsədilə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılır.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə Azərbaycan Mədəniyyət və Xarici İşlər nazirliklərinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

Həmçinin, Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərə alınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatik nümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəz tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödənilir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər