"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək

"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək
25.06.2026 14:22 Daxili siyasət

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb.

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.

TodayPress TV

NEWS FEED
25 JUNE 2026
Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə 16:12 DÇ qrupları: Xal cədvəli 17:09 Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir? 15:21 Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı 15:11 Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı 14:59 MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq 14:59 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2 10:00 FIFA Nepal futbolunu beynəlxalq arenadan kənarlaşdırdı 14:46 Zelenski Lukaşenkonu necə qorxutdusa, hər şeyi atıb Putinin yanına qaçır 14:40 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək - TƏSDİQLƏNDİ 14:36 "Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək 14:27 Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNDİ 2 10:44 Rusiyanın buna haqqı varmı? – Paşinyan əsəbiləşdi 14:11 İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir! 13:48 All News