İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar

İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar
22.06.2026 18:35 Daxili siyasət

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının birinci günü başa çatıb.

TodayPress TV xəbər verir ki, sessiya çərçivəsində Müsəlman İcmaları və Azlıqlar Komitəsinin 5-ci iclası keçirilib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı Abdürrahim Dusak bildirib ki, Komitə yarandığı gündən bəri müsəlman icmalarının səsini beynəlxalq platformalara çatdırmağı, qarşılaşdıqları hüquq pozuntularını görünən etməyi və həll yönümlü parlament diplomatiyası mühitini formalaşdırmağı hədəfləyir.

O, Müsəlman İcmaları və Azlıqlar Komitəsinin hesabatını təqdim edib. Nəzərə çatdırıb ki, bu hesabat İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına üzv olmayan ölkələrdə yaşayan müsəlman icmalarının və azlıqların vəziyyətini yerindəcə araşdırmaq, qarşılaşdıqları problemləri müəyyən etmək, yaxşı təcrübə nümunələrini qeydə almaq və beynəlxalq həmrəylik imkanlarını gücləndirmək məqsədilə hazırlanıb.

İclasda İttifaqa üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə müsəlman icmalarının hüquqlarının müdafiəsi, dini və etnik azlıqların təhlükəsizliyi, sosial inteqrasiya və inklüziv cəmiyyətlərin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Komitənin müzakirələrində, həmçinin işğal olunmuş ərazilərdə dini və mədəni irsin qorunması, müsəlman icmalarına qarşı diskriminasiya halları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, komitə çərçivəsində İƏT məkanında və digər regionlarda multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsi, gənclərin və qadınların ictimai həyatda iştirakının artırılması, eləcə də sosial sabitlik və birgəyaşayışın təşviqi məsələləri də müzakirə olunub.

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər 20:57 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır 17:51 Əli Əsədov bu dövlətin nümayəndəsi ilə müzakirələr apardı 17:37 DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır 17:29 All News