Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək
13.10.2025 12:32 Daxili siyasət

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd olunub ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.

Məlum olduğu kimi, 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunla təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə" ilə hakimlərin xidməti vəsiqəsinin təsviri və vəsiqədə göstərilən məlumatlar müəyyən edilib. Eyni zamanda, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda 2011-ci il iyunun 10-da edilmiş dəyişikliklərə əsasən hakimlərin vəsiqələrinin nümunələrinin təsdiq edilməsi Məhkəmə-Hüquq Şurasının vəzifələrinə aid edilib.

Sənəddə qeyd edilib ki, bununla əlaqədar olaraq, hakimlərin xidməti vəsiqələrinin nümunələri "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq Məhkəmə-Hüquq Şurasının 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiq edilib.

Bununla belə, hakimlərin vəsiqələrinin nümunələri Şura tərəfindən təsdiq edilsə də, yuxarıda qeyd edilən Əsasnamə qüvvədə olduğundan faktiki olaraq Şura həmin Əsasnamədə vəsiqələrə dair müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyib.

Vurğulanıb ki, məhkəmə instansiyalarından asılı olaraq hakim vəsiqələrinin təqdim edilməsi qaydasında mövcud olan fərqlər aradan qaldırılmayıb.

Qeyd olunanlara əsasən, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Buna uyğun olaraq, layihədə "Hakimlərin xidməti vəsiqəsi haqqında" qanunun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğvi təklif olunur.

Xatırladaq ki, qüvvədə olan qanuna əsasən hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi.

Sənəddə qeyd edilib ki, eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" qanun və həmin sənədlə təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilməsi müəyyən olunub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Bütün Xəbərlər