AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanladı

AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanladı
18.12.2025 13:22 Daxili siyasət

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbər və pedaqoji heyəti Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətin mətni universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə təşkil edilən təntənəli tədbirdə səsləndirilib.

Müraciətdə qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi və Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 105 illiyinin təntənəli qeyd olunması ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına olan dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin göstəricisidir:

"Sizin rəhbərliyiniz altında yeni çağırışlara uyğun həyata keçirilən müasir, güclü Azərbaycan quruculuğu siyasəti nəticəsində ölkəmiz regionun aparıcı və nüfuzlu dövlətlərindən birinə, beynəlxalq miqyasda etibarlı tərəfdaş və bərabərhüquqlu subyektə çevrilmişdir. Son illərdə həyata keçirilən institusional islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların kompleks tərəqqisi, rəqəmsal transformasiya və innovasiya yönümlü inkişaf strategiyası ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.

Sizin uzaqgörən siyasətiniz və Ali Baş Komandanlığınızla ərazi bütövlüyümüzün, həmçinin suverenliyimizin bərpası Azərbaycanın hərtərəfli inkişaf dinamikasını daha da sürətləndirmişdir. Xüsusilə qeyd etmək istərdik ki, son onillikdə təhsil sahəsində aparılan islahatlar ali təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaratmışdır. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal tədris modellərinin yaradılması, Sizin insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətinizin real nəticələridir.

Bu gün Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə təhsilin inkişafına göstərilən ardıcıl, məqsədyönlü və sistemli dövlət dəstəyi xüsusi qeyd olunmalıdır. İnsan potensialının inkişafına xidmət edən bu humanitar siyasət nəticəsində gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, müasir dünyagörüşünün təşviqi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, təhsilin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, innovativ və rəqəmsal təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə varisi olduğumuz Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması ölkənin memarlıq, tikinti və mühəndislik sahələrində yüksəkixtisaslı kadrlarla təmin olunması baxımından strateji əhəmiyyət daşıyan tarixi qərar idi. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti həmin varisliyi qoruyaraq müasir dövrün tələblərinə cavab verən, innovativ düşüncəli, rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədilə yenilənir və inkişaf edir.

Qürur hissi ilə qeyd edirik ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində universitetimizin məzunları aparıcı memarlar, mühəndislər və iş icraçıları kimi iştirak edirlər.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən daxili və xarici siyasət, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, suveren Azərbaycanın davamlı inkişaf strategiyası kollektivimizi ilhamlandırır və yeni naliyyətlərə sövq edir. Sizi əmin edirik ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti qarşıya qoyulan vəzifələrin icrası, milli təhsilimizin inkişafı, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və qarşıda duran böyük məqsədlər naminə bütün imkanlarını səfərbər edəcək".

Müraciət Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi və Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 105 illik yubileyinə həsr olunmuş yığıncaqda qəbul edilib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News