Azərbaycanda Diplomatiya Günüdür

Azərbaycanda Diplomatiya Günüdür
09.07.2026 08:27 Daxili siyasət

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.

TodayPress TV xəbər verir ki, diplomatik xidmətin yaradılmasından 107 il ötür.

Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s.

Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkənin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı xarici siyasət strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.

Ulu Öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə diplomatiyanın da böyük rolu olub. Çünki dünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu zəfər həm döyüş meydanında, həm də masa arxasında qazanılıb. Başqa sözlə, döyüş meydanında qələbə qazanan Azərbaycan diplomatiya sahəsində də düşməni acı məğlubiyyətə uğradıb.

TodayPress TV

NEWS FEED
09 JULY 2026
ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə 10:46 Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq! 10:31 İran ABŞ-yə kömək edən ölkələri hədələdi 10:20 XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı 10:11 AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir? 10:06 XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi 10:05 ABŞ İranın "can damarı"nı vurdu: Gecə zərbələrindən sonra hərəkət məhdudlaşdırıldı 09:56 Birjalarda neft bumu: Qiymətlərdə kəskin artış büdcəyə necə təsir göstərəcək? 09:44 Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri ilk dəfə paylaşıldı - VİDEO 09:30 Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı 09:08 ABŞ ordusu İranın 90 hərbi obyektini vurdu - VİDEO 08:45 Xameneinin cənazəsi Kərbəlaya aparıldı – İzdiham yaşandı 08:41 Azərbaycanda Diplomatiya Günüdür 08:35 ABŞ bazalarına raket hücumu: İran cavab əməliyyatı keçirdi - VİDEO 08:20 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 23:05 Xəstəliklərdən qoruyan meyvələr bəlli oldu – Süfrənizdən əskik etməyin 22:53 Sevdiyiniz giləmeyvə xarakteriniz haqqında nə deyir? - Maraqlı test 22:46 Dostunuzun bu xüsusiyyəti yoxdursa, münasibət uzun çəkməyə bilər 22:39 Bu ayda doğulanlar üçün uğurlu yay vəd edilir 22:31 Trampdan Tehrana ultimatum: “Təkrarlansa, daha pis olacaq!” 01:50 KİV: ABŞ Təbrizə zərbələr endirir - TƏCİLİ 01:36 ABŞ-yə məxsus PUA Buşehrdə vuruldu - FOTO 01:31 Əbu Musa adasında 3 partlayış baş verdi 01:25 All News