Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
22.06.2026 19:04 Daxili siyasət

Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.

"Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi "DQR" adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib.

Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz bildirilib. "Azərbaycanla ‘DQR" arasında təmas xətti", eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu bildirilib.

Görüş zamanı Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər 20:57 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 All News