Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ

Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ
17.04.2026 14:28 Cəmiyyət

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi istiqamətində strateji və ardıcıl tədbirlərini davam etdirir.

TodayPress TV xəbər verir ki, bu məqsədlə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətində olacaq. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edəcək. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.

Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.

Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonları üzrə ümumilikdə 300 mindən çox əhali üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək.

Azərbaycanın bütün regionlarını sərnişinləri üçün əlçatan etməyi, xidmət coğrafiyasını genişləndirməyi hədəfləyən ADY sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün pandemiyadan öncə mövcud olmuş marşrutları və stansiyaları mərhələli şəkildə bərpa edir.

2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutunun Ağstafaya qədər uzadılması, ilk dəfə olaraq Qəbələyə sürətli qatarlarla sərnişindaşımanın təşkili, 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı, iyunda Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları üzrə sərnişindaşımanın bərpası, ilk dəfə olaraq regiondaxili marşrutların istifadəyə verilməsi və bütün bunların nəticəsi olaraq 2025-ci ildə rekord sayda – 10 milyondan çox sərnişinin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına və müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir.

TodayPress TV

***

10:27

Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən TodayPress TV-yə verilən məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Məlumata görə, bilet satışı 17 aprel tarixindən aparılır.

Qeyd edək ki, bu gün Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Qatarlar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq.

TodayPress TV

PHOTOS

Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 1
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 2
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 3
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 4
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 5
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 6
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 7
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 8
Yeni dəmiryolu stansiyası istifadəyə veriləcək -YENİLƏNDİ — 9
NEWS FEED
02 AUGUST 2026
Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 All News