Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır

Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır
22.06.2026 16:09 Cəmiyyət

Son günlər Xəzər dənizinin Azərbaycana düşən hissəsində neft sızması müşahidə olunub. Nəticədə su hövzəsi çirklənib.

TodayPress TV xəbər verir ki, Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi uzun illərdir ki, neft sənayesinin ağır yükünü daşıyır.

Bu dəniz, neft hasilatı, nəqli və emalı nəticəsində getdikcə daha çox çirklənir. Neft ləkələri, ağır metallar və kimyəvi tullantılar suyun təmizliyini pozur, canlıları məhv edir.

Neft çirklənməsinin əsas mənbələri köhnə quyular, tanker qəzaları və çaylar vasitəsilə gələn sənaye tullantılarıdır. Azərbaycan, Qazaxıstan və Rusiya sahillərində neft hasilatı xüsusilə intensivdir. Bu proseslər zamanı baş verən kiçik və böyük sızmalar dənizin dibini və səthini neft filmləri ilə örtür. Qapalı hövzə olduğu üçün Xəzərdə suyun özünü təmizləmə qabiliyyəti məhduddur, çirklənmə illərlə, hətta onilliklərlə qala bilir.

Neft suyun oksigen səviyyəsini kəskin şəkildə aşağı salır. Bu, plankton və bentos orqanizmlərinin kütləvi ölümünə səbəb olur. Onlar isə qida zəncirinin əsasını təşkil edir. Nəticədə balıq populyasiyaları, xüsusilə qiymətli nərə balıqları sürətlə azalır. Bir vaxtlar Xəzərin simvolu sayılan nərə cinslərinin bir çoxu artıq qırmızı kitab siyahısındadır, bəziləri isə tamamilə yox olmaq ərəfəsindədir.

Dənizdə yaşayan nadir heyvanlardan biri Xəzər suitisi də böyük təhlükə altındadır. Son illərdə kütləvi şəkildə suiti cəsədlərinin tapılması da buna sübutdur. 

Neftin tərkibindəki benzol, toluol və ağır metallar balıqların və digər canlıların orqanizminə daxil olur problemlərə və kütləvi ölüm hallarına səbəb olur. 

Neft çirklənməsi yalnız suyu deyil, dəniz dibini və sahil torpaqlarını da zəhərləyir. Çirkli çöküntülər illərlə orada qalır və ikinci dərəcəli çirklənmə mənbəyinə çevrilir. Dənizin səviyyəsinin enməsi ilə birlikdə bu problem daha da dərinləşir. Quruyan ərazilərdən neft qalıqları və duzlu toz fırtınaları qalxır, ətraf mühiti daha da pisləşdirir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər vəziyyət dəyişməsə, Xəzər Aral dənizinin taleyini təkrarlaya bilər. Artıq bəzi sahil bölgələrində “ölü zonalar” yaranıb, burada demək olar ki, heç bir canlı qalmayıb.

Qeyd edək ki, həmin əraziyə helikopter və gəmilərin cəlb olunması ilə bağlı monitorinq aparılıb. Sızmaya səbəb sualtı boru kəmərlərindən birinin nasazlamasıdır. "Azneft" İB-nin aidiyyəti xidmətlərinə daxil olan ilkin siqnallardan sonra helikopter və gəmilərin cəlb olunması ilə aparılan monitorinqlər ərazidə neft ləkəsinin formalaşdığını təsdiqləyib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən rəsmi açıqlamalara görə, ilkin mərhələdə sızma nöqtəsi vizual olaraq görünmədiyi üçün bir neçə ehtimal nəzərdən keçirilsə də, dərin diaqnostik yoxlamalar çirklənmə mənbəyinin sualtı boru kəmərlərindən biri olduğunu üzə çıxarıb. Şirkət rəsmiləri dərhal həmin xətt üzrə neftin nəqlini tamamilə dayandıraraq "Azneft" İB nəzdində operativ qərargah yaradıblar və dalğıc xidmətinin araşdırmaları nəticəsində kəmərdə mexaniki zədələnmə aşkarlanıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır 17:51 Əli Əsədov bu dövlətin nümayəndəsi ilə müzakirələr apardı 17:37 DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır 17:29 Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik 17:18 SSRİ o qədər böyük və palçıqlı idi ki, alman ordusu sadəcə işğal etməkdən bezdi – 1941-ci ilin hərbi kampaniyası 17:05 Prezident: Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır 17:08 Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI 16:48 Ermənilər və Hind qaraçıları arasındakı bioloji eynilik - Tarixçi onları ifşa etdi 16:39 Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar 16:37 "Traktor"un qapıçısı Amerikada qəhrəman oldu - Dünya ondan danışır 16:25 Şimalda qorxulu təbiət hadisəsi davam edir - Aktiv zonadan ən son yeniliklər 16:18 All News