Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi
22.01.2026 13:00 Cəmiyyət

Yanvarın 22-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi olub.

TodayPress TV xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.

Şəhidin məzarı üzərinə tər güllər düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun keçdiyi Zəfər yolundan bəhs edib, Elvin Şükürlü kimi qəhrəman oğulların cəsarəti və misilsiz şücaəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıblar. Xalqımızın şəhidləri heç zaman unutmayacağı, onların şərəfli döyüş və həyat yolunu nəsillərdən-nəsillərə örnək kimi çatdıracağı vurğulanıb.

Sonra 221 nömrəli məktəbdə şəhidin adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər.

Qeyd edək ki, şəhid leytenant Elvin Şükürlü 1997-ci il iyunun 14-də Füzuli rayonunda hərbçi ailəsində anadan olub. O, əslən Cəlilabad rayonundandır. Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşməyib. Hər iki qardaş atalarının yolunu davam etdiriblər. Ataları Azad Şəkərov isə ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.

Elvin Şükürlü hərbi sahəyə ilk addımı 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atıb. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsinə yüksəldikdən sonra Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə dağatıcı taqım komandiri kimi xidmətə başlayıb. Sonradan tankəleyhinə taqım komandiri vəzifəsində xidmət etsə də, yenidən öz istəyi ilə ön xətt taborlarında dağatıcı taqım komandiri vəzifəsində xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən bir hərbçi kimi ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə düşmənin Kəlbəcərdəki “Üçtəpələr” postunu tutur. İki gün postu özlərində saxlayan döyüşçülərimiz sentyabrın 28-də düşmənin əks-hücumu ilə üzləşirlər. Post uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın cənazəsi 2021-ci ilin yanvarında tapılır. Şəhid leytenant 2021-ci il yanvarın 22-də Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) torpağa tapşırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 All News