UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi
20.06.2026 14:50 Cəmiyyət

Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib.

TodayPress TV Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar.

O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib:

"Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq".

O, rəqibini incələdiklərini vurğulayıb:

"Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq."

Qeyd edək ki, turnir 27 iyunda Milli Gimnastika Arenasında baş tutacaq. Əsas döyüşdə, yüngül çəki dərəcəsində Rafael Fiziyev və Manuel Torres (Meksika) oktaqonda üz-üzə gələcəklər.

TodayPress TV

NEWS FEED
20 JUNE 2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Britaniya Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlayır 14:52 Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir 14:45 MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib 14:40 Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı 14:21 Pentaqon məktəbə endirilən zərbəni araşdırır 13:58 Füzulidə faciə: 5 yaşlı yeniyetmə su kanalında boğuldu 13:56 All News