Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri xiyabanı ziyarət etdilər

Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri xiyabanı ziyarət etdilər
01.06.2025 12:30 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər. Qonaqlar Türk Şəhidliyi abidəsini də ziyarət ediblər.

Ziyarət zamanı Türkiyənin Kars şəhərindən olan din xadimi Yavuz Yıldız jurnalistlərə müsahibəsində deyib: “Azərbaycanda gördüklərimiz sayəsində Vətənin nə qədər müqəddəs olduğunu öyrəndik. Şuşa səfərimiz zamanı ermənilərin dəhşətli soyqırımı törətdiklərinin şahidi olduq. Müqəddəs məbədləri dağıtdıqlarını, yerlə-yeksan etdiklərini, Xocalıda günahsız ailələri, uşaqları öldürdüklərini öyrəndik. Allah Azərbaycan-Türkiyə qardaşlığını daimi etsin”.

Türkiyəli digər din xadimi Zahid Demirel isə deyib: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Gördük ki, iki dövlət, bir millət anlayışı realdır. Şəhidləri unutmayacağıq. Həmçinin Qarabağ müharibələrinin dəhşətlərini, 20 Yanvar, Xocalı faciələrini yaddan çıxarmayacağıq. Əksinə, ölkəmizə qayıdanda Azərbaycanda gördüklərimiz barədə digər insanlara məlumat verəcəyik”.

Qeyd edək ki, din xadimləri mayın 31-də işğaldan azad edilən Ağdamda da olublar. Onlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə tanış olub, Şəhidlər xiyabanı, Cümə məscidi və İmarət kompleksini ziyarət ediblər.

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər