Tibb sahəsində yeni xidmət istifadəyə verildi

Tibb sahəsində yeni xidmət istifadəyə verildi
08.12.2025 11:09 Cəmiyyət

“Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərin müraciət prosesini daha rahat və operativ etmək məqsədilə Qeydiyyat bölməsində yeni “Həkimdən həkimə yönləndirmə” xidməti istifadəyə verilib”.

TodayPress TV xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusundakı təlimdə çıxışı zamanı deyib.

O əlavə edib ki, yeni sistem vətəndaşların elektron növbə götürmədən bir həkimin qəbulundan digər ixtisaslı həkimin qəbuluna birbaşa keçidini təmin edir:

“Xidmət xüsusilə fizioterapiya göndərişləri zamanı daha geniş tətbiq edilir. Belə ki, vətəndaş ilkin olaraq elektron növbə alaraq ixtisaslı həkimin qəbuluna daxil olur. Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, vətəndaş yenidən qeydiyyat və növbə prosedurlarından keçmədən “Həkimdən həkimə yönləndirmə” masasından birbaşa xidmətə yönləndirilir.

İlkin müayinə aparan həkim pasiyenti başqa bir ixtisas üzrə mütəxəssisə göndərdikdə də vətəndaş elektron növbə götürməyə ehtiyac duymur. Xəstə sadəcə həkimdən həkimə yönləndirmə masasına yaxınlaşaraq növbəti həkimin qəbuluna operativ şəkildə yönləndirilir.

Departament rəhbəri qeyd edib ki, bu yenilik xəstəxanada müraciət prosesinin optimallaşdırılmasına, vətəndaşların vaxt itkisini minimuma endirməyə və tibbi xidmətin daha səmərəli təşkilinə xidmət edəcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News