Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?

Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
14.05.2026 14:45 Cəmiyyət

İran ətrafında və Hörmüz boğazında baş verən hadisələr, ABŞ-İsrail-İran qarşıdurması və logistika yollarının tam açılmaması enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərir. Neftin bahalaşması aviakerosinin də qiymətini artırıb və hazırda bu sahədə 40%-dən çox bahalaşma müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qlobal enerji bazarında baş verən proseslərin aviasiya və turizm sektoruna təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, yanacaq aviaşirkətlərin uçuş qiymətlərini müəyyənləşdirməsində əsas meyarlardan birini təşkil edir:

“Aviabiletlərin maya dəyərinin təxminən 35-40%-i yanacağın payına düşür. Ona görə də yanacağın bahalaşması onların qiymət strategiyasına birbaşa təsir edir. Amma məsələ təkcə qiymət artımı deyil, hazırda aviakerosin çatışmazlığı problemi də yaşanır.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dünyada əsas aviayanacaq ixracatçıları sırasında yer alır və regiondakı gərginlik bu tədarük zəncirinə təsir göstərir. Hazırda ABŞ Avropa bazarına daha çox aviayanacaq satmağa başlayıb və bundan əsas qazanan da Amerika şirkətləri olur. Amma yay turizm mövsümünün yaxınlaşması fonunda aviayanacaq çatışmazlığı bir çox aviaşirkəti bəzi reysləri təxirə salmağa və ya daha rentabelli istiqamətlərə üstünlük verməyə məcbur edə bilər”.

N.Cəfərli vurğulayıb ki, problemin uzanması qlobal turizm sektorunda ciddi çətinliklər yarada bilər:

“Turizm qlobal iqtisadiyyatda mühüm yer tutur və bir çox sahəni öz arxasınca aparır. Əgər münaqişə uzansa və mayın sonuna qədər vəziyyət sabitləşməsə, iyun ayından başlayacaq turizm mövsümü həm aviaşirkətlər, həm də turizm sektoru üçün ciddi problemlərlə müşayiət oluna bilər”.

Ekspert hesab edir ki, yaxın həftələrdə vəziyyətin yumşalması ehtimalı var:

“Bu vəziyyət İran üçün də ciddi iqtisadi zərbədir. Ölkə artıq uzun müddətdir blokada şəraitində yaşayır və ixrac imkanlarında problemlərlə üzləşir. ABŞ prezidentinin Çinə səfəri də Hörmüz boğazı ətrafındakı proseslərə təsir göstərə bilər. Çünki Çin də həmin marşrutda yaranan problemlərdən zərər görən əsas ölkələrdən biridir”.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 All News