“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edildi

“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edildi
20.05.2025 17:07 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil olunub.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla açılış nitqi ilə çıxış edərək dövlət müstəqilliyinin bərpa edildiyi gündən etibarən hüquqi dövlət quruculuğu prosesinə xüsusi önəm verildiyini və bu istiqamətdə böyük nailiyyətlərin əldə olunduğunu bildirib.

Kamal Abdulla milli dəyərlərin qorunmasının və hüquqi şüurun formalaşdırılmasının cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib.

O, belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılması, onların vətəndaş məsuliyyətinin dərk olunması və fəal sosial mövqe nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva insan hüquqlarının qorunmasının və demokratik inkişafın davamlı şəkildə təmininin dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən olduğunu, bu istiqamətdə hər kəsin, o cümlədən gənclərin fəallıq nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.

Müvəkkil forumda aparılan müzakirələrin və irəli sürülən təkliflərin gənclərin Konstitusiya və suverenlik məsələlərinə dair maariflənməsinə zəmin yaradacağını, bu kimi tədbirlərin gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Ombudsman Ümummilli Lider Heydər Əliyevin bilavasitə müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının milli hüquq sistemimizin təməlini təşkil etdiyini bildirib, Konstitusiyamızın ölkəmizin hüquqi dövlət kimi inkişafının əsaslarını müəyyən etdiyini vurğulayıb.

Müvəkkil Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik strategiyası nəticəsində otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu qeyd edib.

Ölkəmizdə 18 may - 18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edildiyini bildirən Səbinə Əliyeva Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini, xüsusilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verildiyini bildirib.

Forumda, həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları”, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli “Heydər Əliyev irsi, müstəqil dövlətçilik və müasirlik”, ADU-nun Təhsil fakültəsinin dekanı Hikmət Əlizadə “Suverenlik xalqın milli sərvətidir”, universitetin tələbəsi Leyla Rzazadə “İkinci Qarabağ müharibəsində informasiya cəbhəsi: Azərbaycan Dillər Universitetinin tələbə və akademik heyətinin dəstəyi” mövzularında çıxış ediblər.

Natiqlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi istiqamətində görülmüş işlərdən, habelə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunması və ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs ediblər.

FOTOLAR

“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edildi — 1
“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edildi — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər