Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə?

Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə?
02.06.2026 14:24 Cəmiyyət

Bakının Sabunçu rayonu Ramana qəsəbəsində baş verən hadisə müzakirələrə səbəb olub. Belə ki, “Şuşa şəhərciyi” adlanan ərazidə 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov öz gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq qətlə yetirib. Hadisədən dərhal sonra şübhəli şəxs polisə təslim olub və saxlanılıb.

Təbii haldır ki, övladını itirən valideynlərin çoxu ağır psixoloji vəziyyətdə olur, amma bu, heç bir halda zorakılığa haqq qazandırmır. 

İlkin məlumatlara görə, qətl ailə münaqişəsi zəminində baş verib. Adıgözəl Məmmədov Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atasıdır. Qətlə yetirilən Gülüzar Məmmədova isə şəhidin həyat yoldaşı olub. 

Yəni ata ilə gəlin arasında uzun müddət davam edən gərginlik nəticəsində faciə yaşanıb. Qətlin əsl səbəbinin nə olduğu barədə rəsmi açıqlama hələ verilməyib. Lakin ilkin versiya ailədaxili münaqişədir. Sakinlərin sözlərinə görə isə münaqişəyə səbəb də şəhid ailələrinə verilən birdəfəlik ödənişdir. 

Ailədə pul bölgüsü üstə gərginlik illərdir davam edirmiş. Təəssüf ki, bu ilk hal deyil. Son illərdə şəhid arvadlarının qayınataları və ya digər qohumları tərəfindən pula görə hədəfə alınması halları ilə bağlı xəbərlər dəfələrlə ortaya çıxıb. 

Şəhid övladı itirmiş valideynləri qınamaq da asan deyil. Onlar övladlarını itiriblər. Amma bu qədər acizlik və pul hərisliyi də qəbul edilə bilməz. Şiddətə, cinayətə baş vurmazdan əvvəl məsələ danışıq yolu ilə həll oluna bilərdi. Əks halda hüquqi yolla çarəsinə baxmaq olardı. 

O pul isə nə həmin anaya, nə də qayınataya çatdı. Biri həbsə, biri isə məzara... Nəticədə iki kiçik uşaq kimsəsiz qaldı. 

Bu məsələdə qanunvericiliyə yenidən baxmaq lazımdır. Bəzi ölkələrdə müharibədə ölənlərin kompensasiyası valideynlər və arvad-uşaqlar arasında bərabər bölünür. Bizdə isə pulun böyük hissəsi birbaşa şəhid ailəsindən birinin adına keçir, bu da bəzi hallarda ciddi konflikt yaradır.

Bu səbəbdən ailədə şəffaflıq və nəzarət mexanizmləri gücləndirilməlidir. Ən əsası, şəhid ailələrində psixoloji dəstək və münaqişələrin vaxtında həlli mexanizmləri yaradılmalıdır. 

Belə hadisələr yaşanmamalıdır. Çünki bu, həm də şəhidin ruhuna hörmətsizlikdir.

Sosioloq Mail Yaqub mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, bu cür ailə konfliktləri bütün ailələrdə ola bilər. 


Onun sözlərinə görə, şəhid ailəsi də insandır və onların ailəsində də konfliktlər ola bilər:

"İkinci tərəfi isə odur ki, ümumiyyətlə bu cür konfliktlərin azalması üçün nə etmək lazımdır? Bu istiqamətdə iki yönlü iş aparılmalıdır. Birincisi, hüquqi istiqamətdir. Yəni hüquq nə qədər güclüdürsə, hüquqi sistem nə qədər düzgün işləyirsə, ailədaxili bu cür problemlər də bir o qədər azalacaq. Çünki insanlar hüquqa və hüquqi sistemə arxayın olacaqlar, heç kim özbaşına hərəkət etməyəcək.

İkinci istiqamət isə əxlaqi-mənəvi istiqamətdir. İnsanlarla əxlaqi-mənəvi dəyərlər istiqamətində iş aparılmalıdır ki, var-dövlətə görə bir-birinə qarşı zor tətbiq etməsinlər, münaqişəyə girməsinlər. Bu çox vacib məsələdir".

Sosioloq vurğulayıb ki, biz adətən əxlaqi-mənəvi məsələləri ən son sıraya qoyuruq, sonra isə belə problemlər ortaya çıxanda bunun səbəbini soruşuruq. Halbuki əsas səbəblərdən biri məhz budur:

"Mənəvi həyat yaşayan, mənəvi məqsədi olan insan heç vaxt var-dövlətə görə qarşı tərəfə zor tətbiq etməz və münaqişəyə girməz. Bu çox vacib məsələdir", - deyə Mail Yaqub fikrini tamamlayıb.

Qeyd edək ki, şəhid pulu rəsmi olaraq şəhid statusu almış şəxsin ailə üzvlərinə verilir. Hər bir şəhidə görə aylıq 700 manat məbləğində təyin olunur. Bununla yanaşı ailə üzvlərinə 11 000 manat birdəfəlik sığorta ödənişi verilir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News