Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək
01.06.2026 17:14 Cəmiyyət

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.

TodayPress TV "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

2024-cü ildə ADY tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.

TodayPress TV

PHOTOS

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 1
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 2
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 3
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 4
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 5
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 6
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 7
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 8
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək — 9
NEWS FEED
01 AUGUST 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 All News